“Aztelekom” MMC-nin baş direktoru vəzifəsində dəyişiklik olub.
“Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller işdən azad edilib.
Qeyd edək ki, hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib. Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Həmçinin, Elçin Niyazov 1-ci “Yüksəliş” müsabiqəsinin finalçılarındən biri olub.
O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (“Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.