Azarkeşlər arasında dava: Ölən, yaralanan və çox sayda həbs olunan var (Video izlə)

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun Yunanıstan AEK-inə qarşı Çempionlar Liqasının III təsnifat mərhələsi oyununun yeni tarixi açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, azarkeş ölümünə görə təxirə salınan qarşılaşma avqustun 18-i və ya 19-da Afinada təşkil olunacaq.

Digər görüş isə əvvəldən planlaşdırıldığı kimi, avqustun 15-də Zaqrebdə keçiriləcək. Hər iki görüşün azarkeşsiz təşkil ediləcəyi bildirilir.

Qeyd edək ki, bu gün keçirilməli olan AEK – “Dinamo” oyunundan öncə azarkeşlər arasında kütləvi davada Yunanıstan klubunun azarkeşlərindən biri ölüb və qarşılaşma təxirə salınıb.

13:32

Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb.

Zaqreb klubunun rəsmi saytının yaydığı məlumata görə, buna iki komanda azarkeşləri arasında baş vermiş iğtişaş səbəb olub.

Hadisə matçın keçiriləcəyi Afinanın ətraf rayonlarından birində baş verib. Toqquşma zamanı ən az altı fanat xəsarət alıb. AEK-in 22 yaşlı azarkeşi bıçaqlanaraq öldürülüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 12 yaşlı bir uşaq da bıçaqlanıb. Ümumilikdə 196 nəfər həbs edilib.

Hadisələrin yekununda UEFA qarşılaşmanın təxirə salınmasına qərar verib.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli Zaqreb klubunun formasını geyinir.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)