“Azadlıq Gəmisi Madlen”in isveçli sərnişini: Sionist rejim bizi oğurlayıb

Sionist rejimin xüsusi təyinatlı qüvvələrinin “Azadlıq Gəmisi Madlen”i ələ keçirməsi ilə bağlı xəbərlərin yayılmasından sonra gəminin sərnişinlərindən biri kömək çağırışı edib.

İsveçli sülh fəalı və ətraf mühit üzrə aktivist bir video yayaraq bildirib: “Mənim adım Qreta Tunberqdir və İsveçliyəm. Əgər siz bu videonu izləyirsinizsə, deməli biz beynəlxalq sular ərazisində sionist rejimin işğalçı qüvvələri və ya onlara dəstək verən silahlı dəstələr tərəfindən saxlanılıb və oğurlanmışıq.”

“Ona görə də bütün dostlarımdan, ailə üzvlərimdən və yoldaşlarımdan xahiş edirəm ki, İsveç hökumətinə təzyiq göstərsinlər ki, məni və digərlərini tezliklə azad etsinlər.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib