Azadlığa çıxan fələstinli məhbus həbsxana məmurundan qisas aldı!

Qafqaztimes xəbər verir ki, İki həftə əvvəl işğal altındakı Qüds yaxınlığındakı yaşayış məntəqəsində cəsədi aşkar edilən israilli həbsxana zabitinin ölümü ilə bağlı yeni təfərrüatların açıqlanması işğalçı rejim ordusunda ciddi şok yaradıb.

İbrani mediası bildirib ki, HƏMAS üzvü, Qüdsün Biddu qəsəbəsinin gənc fələstinli sakini İbrahim Mənsur Giv’on HaHadashah qəsəbəsində Yohai Əfni adlı sionist həbsxana zabitinin mənzilinə girərək onun boynuna bıçaq zərbəsi endirərərk, qətlə yetirib .

İşğalçı İsrail rejiminin həbsxanalarında işgəncələrə və zorakılığa məruz qalan bu məhbusun azadlığa çıxmasından 3 ay sonra bu əməliyyat həyata keçirilib və müqavimətin işğalçılara qarşı əməliyyatları arasında indiyədək misli görünməmiş əməliyyat olub.

Al-Alam

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur