İranın yeni azərbaycanlı prezidenti Məsud Pezeşkian seçkilərdə qalib gəldikdən sonra məşhur aktior Pərviz Pərəstuyi ona təbrik postu yazıb. O öz təbrikini prezidentin illər əvvəl vəfat etmiş həyat yoldaşının tərəfindən ünvanlanmış məktub mislində təqdim edib.
Qafqaztimes ölkədə gündəm olmuş həmən təbrik postunun və məktubun mətnini öz oxucularına təqdim edir:
Cənab doktor Pezeşkian! Prezident seçilməyinin xəbəri sənin Fatimənin qulağına çatdı və bu Fatimənin sənə məktubudur:
Əzizim Məsud, təbrik!
Qoca atasını belinə alıb seçki məntəqəsinə tələsən kəndli nə qədər aydın və gözəl danışırdı!
Əzizim Məsud! Başını dik tutmuş İran xalqının bu bənzərsiz addımı sənin çiyinlərinə çox ağır yük qoydu.
Allahdan sonra sənə ümid bəsləyən bu xalqı naümid edəcəyin günü Allah göstərməsin!
Əzizim Məsud, Allah səni xalqın sevimlisi etdi. Bu izzətin qədrini bil və həmişə xalqın yanında qal.
Bir də ki xalqa verdiyin sözləri yaddan çıxarmayasan… Şükür olsun Allaha, qəlbim rahat oldu. Əziz İran xalqından muğayat ol!