Azərbaycanın Ukraynadakı sabiq səfirinin qaçdığı ölkə bilindi – FOTO

Azərbaycan Respublikasının Ukraynadakı sabiq səfiri Tələt Əliyev hazırda Almaniyadadır. 

Bu barədə Ukraynadakı mənbə məlumat verib.

Məlumata görə,  80 yaşlı sabiq səfir müharibə başlayandan bir neçə gün sonra Kiyevi tərk edib.

Xatırladaq ki, Tələt Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

Tələt Əliyev səfir təyin olunana qədər Ukrayna Azərbaycanlıları Konqresinin sədri olub. Yaxın vaxtlaradək  bu ölkədə Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edirdi.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir