Azərbaycanlılar “8-ci kilometr” bazarında atışdı: 12 milyon pul və…

Rusiyanın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərində Moskvadan gələn azərbaycanlı reketlər həbs edilib.

Onlar “8-ci kilometr” bazarı adlanan ərazidə azərbaycanlı iş adamlarına haqq tələb etməkdə ittiham olunurlar. Məlumata görə, Moskvadan gələn azərbaycanlılar öz həmyerlilərindən 12 milyon rubl (259 min 200 manat) tələb ediblər. Amma bununla razılaşmayan azərbaycanlı iş adamları ilə reketlər arasında silahlı qarşıdurma olub.

Hadisə yerinə polis və OMON dəstəsi gəlib.

Nəticədə reketlər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi