Azərbaycanlı tanınmış veteran futbolçu dünyasını dəyişdi – FOTO

Bu gün “Araz-Naxçıvan”ın veteran futbolçusu “Mirzə” ləqəbli Fərəc Fərzəliyev ömrünün 56-cı baharında dünyasını dəyişib.

Ötən əsrin 80-ci illərində Böyükağa Hacıyev, Məhərrəm Həsənov və Elxan Babayev kimi futbolçularla komandanın şərəfini qoruyan “Mirzə” “Neftçi”nin əvəzedici komandasında da çıxış edib. O, “Araz-Naxçıvan”-ın 10 nömrəli futbolçusu kimi Naxçıvan azarkeşlərinin sevimlisi olub.

“Araz-Naxçıvan”-ın İdarə heyəti Fərəc Fərzəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir