Azərbaycanlı kikboksçunun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır. Müraciət ərazi polis bölməsində icraata qəbul edilib. Müvafiq ekspertiza təyin olunub”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. 

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.  

Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir