Azərbaycanlı iş adamı milyardlarla dollar itirdi

Rusiyanın ən varlı iş adamlarının sərvəti 60,25 milyard dollar azalıb.

2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyarda düşən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən “yoxsullaşmış” milyarderləri siyahısına başçılıq edir.

“Bloomberg” milyarderlər indeksinə əsasən, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirib, onun sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir.

Cari il ərzində “Lukoyl” şirkətinin sabiq prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 17,8 milyard dollar civarındadır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir