Azərbaycanlı idmançının olimpiya çempionluğu əlindən alındı

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalıb.

O, antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb.
Nicat Rəhimovun olimpiya medalı da əlindən alınıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.

Related posts

İsrailin İranla Müharibəsi Gündə Yüzlərlə Milyon Dollara Başa Gəlir

Hizbullah Baş Katibi Şeyx Nəim Qasimin İran Əleyhinə Amerika-“İsrail” Təcavüzü Barədə Bəyanatı

Adını belə çəkməyə qorxduğunuz o lider dərsinizi verdimi?