Azərbaycanın qadın idmmançısı oyunda ciddi zədə aldı – VİDEO

Azərbaycanın 3×3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsində növbəti oyununu keçirib.

Yığma A qrupundakı ikinci matçında Portuqaliya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 21:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçda millimizin basketbolçusu Dina Ulyanova ciddi zədə alaraq meydanı tərk edib.

“Baku Fleyms” isə ikinci oyununda Polşanın “Varşava Lotto” klubuna uduzub.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk qarşılaşmada “Baku Fleyms” komandasına qalib gəlib.

İyunun 3-dək davam edəcək turnirdə səkkiz komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.

Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO