“Azərbaycanın İrandan yaxşı dostu yoxdur”

İran İslam Respublikasının daxili işlər naziri Azərbaycan Respublikası ilə bağlı mühüm açıqlama verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İran- Azərbaycan sərhədində tikilmiş müştərək su bəndinin açılış mərasimində iştirak daxili işlər naziri Əhməd Vəhidi sionist rejimin region ölkələri arasında konflikt salmaq cəhdlərini vurğulayaraq deyib: İran İslam Respublikası qonşularına dostluq əlini uzadır.

Əhməd Vəhidi həmçinin deyib: Azərbaycan Respublikası xalqının İran xalqı ilə əsrlər boyu əlaqələri olduğu üçün İran xalqından və hökumətindən yaxşı dostu ola bilməz.

Daxili işlər naziri vurğulayıb: Sionist rejim daim regionda konflikt yaratmağa çalışır. Amma İran İslam Respublikası ilə düşmənçilik edən uduzan tərəf olacaq və ziyana uğrayacaq.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır