Azərbaycanda tragikomik hadisə: 7 il əvvəl ölən adamın adına cərimə gəldi (Video izlə)

7 il əvvəl vəfat etsə də, adına hələ də radar gəlir. Tragikomik hadisə İsmayıllı rayonunda baş verib.

Vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyun ayının 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb. Və o 50 manat məbləğində cərimələnib.

Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirib ki, məslənin belə olması onu çox narahat edib.

Məsələyə Baş Dövlət Yol Polis İdarəsi də münasibət bildirib.

İdarənin inspektoru Toğrul Nəsirlinin sözlərinə görə hec bir sürücü törətmədiyi yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə halla qarşılaşan sürücülər bas dövlət yol polis idarəsinə məlumat versinlər.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq