Azərbaycanda toyda faciə – Rəqs edərkən ÖLDÜ

Qaxda toyu olan gəlinin bibisi məclis zamanı vəfat edib.

 Bədbəxt hadisə bu gün axşam saatlarında “Gülnur” şadlıq evində keçirilən toy mərasimində baş verib.

Belə ki, Qax şəhər sakini 68 yaşlı Laləzar Məmmədsəidli qardaşı qızının toyunda rəqs edərkən halı pisləşib. Qadın yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı qadında bioloji ölümün baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir