Azərbaycanda televiziya kanalının yayımı DAYANDIRILDI

Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.

Bu barədə “Teleradio” İstehsal Birliyindən bildirilib.

Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.

“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, – İB-dən bildirilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir