Azərbaycanda su kəməri qəzalı vəziyyətdədir – YENİLƏNİB + AÇIQLAMA + VİDEO

“Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”.

Bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov deyib.

O bildirib ki, sözügedən ərazi Şabran rayonunun Surra kəndində yerləşən Surra dükkeridir. Heç bir boru deşilməyib, sadəcə olaraq fəsil dəyişkənliyi olanda dəmir borularda bu cür axmalar baş verir:

“Dəmir borularda temperatura nəzarət edən kompensatorlar olur. Fəsil dəyişkənliyi olanda dəmir borularda genişlənmə və sıxılma olur və istər-istəməz su sızması baş verir. Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”. 

16:08

Azərbaycanda su kəməri qəzalı vəziyyətdədir.

Bu barədə jurnalist Həmid Həmidov görüntülər paylaşıb. 

Bildirilib ki, sızma Oğuz-Qəbələ-Bakı su kəmərində baş verib və bir aydır ki, bu vəziyyətdədir.

Nəticədə tonlarla su israf olunur.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir