Azərbaycanda rəis müavini özünü öldürdü

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib. Hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb. 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü kirayədə yaşadığı evdə asaraq öldürüb.

Əli Cahangirlinin intiharı faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir