Azərbaycanda piyadanı öldürən sürücü beynəlxalq axtarışa verildi – FOTO

Daha bir Azərbaycan vətəndaşı İnterpol vasitəsilə axtarışa verilib.

Trend-in məlumatına görə, 1991-ci il təvəllüdlü Ziyad Hüseynli sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən avtomobil qəzası törədib. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan Z.Hüseynli piyadanı vurub öldürərək hadisə yerindən qaçmaqda təqsirləndirilir.

İstintaq orqanı faktla bağlı başlanan cinayət işi üzrə onu təqsirləndirilən şəxs kimi cəlb etsə də, Z.Hüseynli istintaqdan yayınıb.

Nəticədə 31 yaşlı təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və o, İnterpol vasitəsilə axtarışa verilib.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO