Azərbaycanda məmurun masasına xəmirlər düzdülər – FOTO/VİDEO

“Azərişıq” ASC Salyanda sahibkarın idarə rəisinin otağına xəmirlə dolu sinilər gətirməsinə münasibət bildirib.

Qurumdan bildirilib ki, görüntünü bir neçə gün öncə Salyanın Arbatan kənd sakini qeydə alıb və yayıb:

“Həmin ərazidə yenidənqurma işləri gedir, bütün xətt və dayaqlar, transformator məntəqələri tamamilə yeniləri ilə əvəz olunur. Təbii ki, bu proses gedən zaman vaxtaşırı işıqlar söndürülür və yeni xətlər qoşulur.

Bununla yanaşı, həmin vətəndaşa məxsus şirniyyat sexinin arxa küçəsində də yeni xətt çəkilib və iş prosesi həmin şəxsin gözləri qarşısında baş verib. Bu zaman həmin ərazidə olan obyektlər və dövlət qurumlarına öncədən xəbərdarlıq edilib”.

10:40

Salyan rayonunda işıq problemi ilə üzləşən sahibkar qeyri-adi üsulla etirazını bildirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, çörəkbişirmə sexinin sahibi iddia edib ki, “Azərişığ”ın Salyandakı idarəsi onlara xəbərdarlıq etmədən işıqlarını kəsib:

“Yeddinci dəfədir ki, xəmir atırıq. Materiallarımız xarab olub. İşçilərin pullarını ödəyə bilmirik. Yüzlərlə çörəyimiz əlimizdə qalıb. Artıq təngə gəlmişik. Ən azı, öncədən bizə xəbər verməli idilər. Lakin heç bir məlumat verən yoxdur”.

Etiraz edən sahibkar özü ilə gətirdiyi xəmirlə dolu siniləri idarədə masanın üzərinə düzüb:

“Bunlara baxıb bilsin ki, biz nə vəziyyətdəyik. İşıqpulunu bir gün gecikdirən kimi zəng edirlər. Biz gecikdirmədən ayda 800 manat pul ödəyirik. Lakin bunlar bizə xəbər vermədən işığı kəsirlər. Problemimizə baxan yoxdur”.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO