Azərbaycanda “İkinci arvad” rəsmən qeydiyyatdan keçib (Video izlə)

Azərbaycanda “İkinci arvad” adlı şirkət yaradılıb. Sözügedən MMC, 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı videosujet hazırlanıb.

Belə ki, şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır. Onun sözlərinə görə, “ikinci arvad” gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq olan restoranının adıdır. Bəs, niyə başqa ad yox, məhz ikinci arvad? Şirkət sahibi bunun bir marketinq siyasəti olduğunu deyir: “Adı belədir. Həyat yoldaşın yoxdursa, gəlib bu restoranda qarnını doyura bilərsən”.

Bəs, Azərbaycanda şirkət adlarına nəzarət varmı? İstənilən söz, ifadə şirkət adı olaraq seçilə bilərmi? Ekspertlər deyir ki, hər bir şəxsin şirkət təsis edərək, ona istədiyi adı vermək hüququ var. Amma müəyyən təşkilatlar, ictimai birliklər, banklar, sığorta şirkətlərinin adında, onların fəaliyətinin xarakterini göstərən bir məzmun olmalıdır.

Hüquqşünas Samir Qasımov bildirib ki, istənilən şəxs şirkətə istədiyi adı qoya bilər: “Adi MMC də belə bir tələb yoxdur. İstənilən şəxs şirkətinə istədiyi adı qoya bilər və bu, artıq onun özünün mülahizəsinə bağlıdır”.

Görünən odur ki, qanunvericilikdə adla bağlı hər hansı bir qadağa, tələb yoxdur.

Hüquqşünas Şamil Paşayev isə bu adın cəmiyyətdə birmənalı qarşılanmayacağını deyib: “Qanunla nizamlanmasa belə bu kifayət deyil. Çünki hüququn mahiyyəti eyni zamanda hüququn təməl prinsiplərinə, qəbul etdiyimiz konstitusiyamızın normalarına uyğun olmalıdır. Azərbaycan qanunvericiliyində “2-ci arvad” anlayışı cəmiyyətdə birmənalı qarşılanmayacaq”.

Hər hansı şirkətə qoyulan ad, həm də həmin MMC-nin kommersiya fəaliyyətinə uyğun olmalıdır.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq