Azərbaycanda iki rayonu birləşdirən körpünü oğurladılar – FOTO

Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri – İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər dəmir körpünü satmaq məqsədilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Related posts

Bakıda sürücülərə cərimə tərtib olunması üçün gizli kamera quraşdırılıb? – VİDEO

Paytaxtda avtomobillər üçün “hovuz”: Yaşayış kompleksinin həyəti su ilə doldu – VİDEO

Abşeronda 28 ədəd qumbara, çoxlu sayda sursat tapıldı – VİDEO