Azərbaycanda general həbs edildi – 80 MİLYONLUQ MƏNİMSƏMƏ… – FOTO

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qərarı verilib.

Bununla bağlı martın 2-də Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının vəsatətinə baxılıb.

Hakim vəsatət təmin edib və Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.

Nizami Məmmədov kimdir?

Həbs edilən general-mayor Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub.

Prezident İlham Əliyevin sərəncamı ilə 25 iyun 2018-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib, 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib. 30 dekabr 2020-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və taqım komandirliyindən Hərbi Hissə komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb.

Nizami Məmmədov adı KİV-lərdə daim Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sadiq kadrı” kimi hallanıb. İddialara görə, məhz Nizami Məmmədov sabiq Baş Qərargah rəisi ilə güclü əlaqələri onu Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlməsinə gətirib çıxarıb.

İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri