İsmayıllının Qalacıq kəndində 2-ci dəfədir ki, “şortik” qalmaqalı baş verib.
Kəndə gələn azərbaycanlı turist baş verənləri videoya çəkib. Ş.Kərimov əynində “şortik”lə kənddə gəzərkən avtomobil ilə onun yanından keçən yerli sakin qonağın geyiminə irad bildirib. Daha sonra onların arasında mübahisə baş verib.
“Sən hörmət istəyirsənsə, geymə bunu”, – sakinlərdən biri turistə bildirib.
Oxşar hal avqust ayında Qalacıq kəndində baş vermişdir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı “102” Xidməti – Zəng Mərkəzinə müraciət daxil olub. Videoda olan kənd sakini İsmayıllı Rayon Polis Şöbəsinə dəvət edilib və hazırda müvafiq araşdırma aparılır.
Baş verənlərin video görüntüsünü təqdim edirik: