Azərbaycanda daha bir polis ölümü hadisəsi – FOTO

Dünən axşam saatlarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video