Azərbaycanda dəhşət: Doğranmış meyiti atıb qaçdılar- 14 yaşlı oğlu ilə birlikdə… – FOTO

Qəbələdə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın doğranmış meyiti binanın blokunda zənbildə tapılıb.

Hadisə Qəbələnin Zarağan kəndi ərazisindəki hərbi şəhərcik adlanan ünvanda baş verib.

Aytac Əliyeva məhz həmin binanın sakini olub. Məlumata görə, əslən Ağsu rayonundan olan Aytac əri ilə birgə sözügedən ünvanda yaşayıblar. Onun həyat yoldaşı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçudur.

Meyitin binanın blokunda qalmasına gəlincə, qonşuların verdiyi məlumata görə, hadisəni törədən iki nəfər olub.

Onların iddiasına görə, iki maskalı şəxs içində Aytacın bədəninin doğranmış hissələri olan zənbillə blokdan çıxarkən qonşulardan biri bunu görüb və qışqırmağa başlayıb. Nəticədə, onlar meyiti ataraq hadisə yerindən qaçıblar.

Qəbələ Rayon Prokurorluğu qətlə yetirilən Aytac Əliyevanın öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb:
Aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO