Azərbaycanda dəhşətli hadisə: İki hərbçi öldü – FOTO/VİDEO

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər”.

Qəza zamanı həlak olan şəxslərin hər ikisi hərbçi olub. Onlardan biri Müdafiə Nazirliyinin giziri, digəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir