Azərbaycanda dəhşət: Uşaqlara valideynləri tərəfindən işgəncə verilib – FOTO

Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıblar:

“Qızlar ötən gün Sosial Xidmətlər Agentliyinin əməkdaşları və polislərin iştirakı ilə sığınacağımıza yerləşdiriliblər. Biri 9, digər 5 yaşında olan normal uşaqdırlar. Zorakılığın səbəbi ilə bağlı Sosial Xidmətlər Agentliyi hazırda qiymətləndirmə aparır.

Ola bilsin ki, valideynlərin psixi durumu yerində deyil. Ailədə 6 aylıq daha bir körpə var”.

Mehriban Zeynalova qeyd edib ki, sığınacağa yeni yerləşdirilən azyaşlıların hər ikisi tibbi müayinədən keçirilib:

“Bacılarla hazırda psixoloqlar işləyirlər. Onların bir neçə tibbi müayinəsi keçiriləcək”. 

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO