Azərbaycanda DƏHŞƏT: Maşın çayda batdı, içindəkilər xilas oldu (Video izlə)

İsmayıllı rayonunun Lahıc qəsəbəsin​də avtomobil çayda batıb. 

Girdiman çayı Zərnava kəndi istiqamətində hərəkət edən “UAZ” markalı avtomobili aparıb. Hadisə vaxtı avtomobildə olan şəxslər xilas ola bilsələr də, yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş maşın tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, 800 nəfərdən çox əhalisi olan Zərnava kəndinə yay mövsümündə yolsuzluq üçün nəzərdə tutulmuş avtomobillərlə, qış mövsümündə isə 8 km məsafədə atla və ya piyada getmək mümkündür.

Piyadalar kəndə gedərkən Girdiman çayı üzərində olan məşhur asma körpüdən istifadə edirlər.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək