Azərbaycanda biabırçı mənzərə: Heyvanı avtomobilə bağladı, maşını sürdü – VİDEO

Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır:

“Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir