Azərbaycanda baş məşqçi hakimi döydü (Video izlə)

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. 

Bununla bağlı videonu sportinfo.az yayıb. 

Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib.

Yayılan görüntülərdən aydın olur ki, E.Əliyev hakimin hansısa qərarından narazı qalıb və sürətlə meydana şığıyıb. O, əlindəki əşya ilə hakimə zərbə endirib.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin dünənki iclasında Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb.

Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO