Azərbaycanda ayılara cihazlar yerləşdiriləcək – FOTO

“Əməliyyat olunan ayılara indentifikasiya üçün mikroçiplər yerləşdiriləcək”.

Bunu “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatının layihə meneceri Magdalena Sçerk-Tretrin deyib.

O, təşkilatın bütün dünyada heyvanları xilasetmə işi ilə məşğul olduğunu bildirib:

“Azərbaycanda reabilitasiya keçən ayılar barədə eşitdikdə onların müayinəsi üçün Azərbaycana gəldik. Hazırda burada bir neçə ayı üzərində əməliyyat aparmışıq”.

M.Sçerk-Tretrin vurğulayıb ki, adətən, əməliyyat olunan ayılara mikroçiplər yerləşdirilir və bu da bütün dünyada olan praktikadır:

“Mikroçiplər identifikasiya üçün lazımdır. Bütün ev heyvanları və qeyri-azad saxlanılan vəhşi heyvanlar həmin identifikasiya çipləri ilə təchiz olunmalıdırlar”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir