Azərbaycanda “Aİ-95” markalı benzin nə vaxt istehsal ediləcək? – RƏSMİ

Ötən gün ölkədə “Aİ-95” markalı benzinin qiyməti artıb.

“Aİ-95” premium markalı benzinin litri 0,4 manat bahalaşaraq 2 manat təşkil edib.

Bu da ölkə gündəmində müzakirələrə səbəb olub. Benzinin qiymətinin bir gecədə 25 faiz bahalaşması əhali arasında böyük narazılıq yaradıb.

Bəs görəsən, neft ölkəsi olan Azərbaycanda nə üçün hələ də “Aİ-95” markalı benzin istehsal edilmir?

Mövzu ilə bağlı sorğumuza SOCAR-dan bildirildi ki, layihə çərçivəsində işlər davam etdirilir.

“ 2023-cü ilin 2-ci kvartalında AVRO-5 standartlarına uyğun benzinin istehsalı üçün layihə çərçivəsində çalışmalar davam edir”,- məlumatda qeyd edilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir