Azərbaycanda ət də BAHALAŞDI – YENİ QİYMƏTLƏR

Yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. İstehlakçıların bildirdiyinə görə kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir. 

Dana və quzu ətinin bahalaşmasını ət satışı ilə məşğul olan şəxslər də təsdiqləyir. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, son günlər iribuynuzlu diri heyvan tapmaq çətinləşib. Dünəndən isə bazarlarda lazımı qədər diri heyvan olsa da, topdansatış qiyməti 11,5 manata qaldırılıb: 
“Əvvəllər dana ətinin topdansatış qiyməti 9,5-10 manat idi. Mən əvvəl aldığım heyvanın ətini dünən 11,5 manata satmışam. Amma artıq topdansatış qiyməti 11,5 manata yüksəlib. Topdansatış qiymətlərinin artması bizi məcbur edir ki, pərakəndə qiymətləri də ən azı 2 manat artıraq”.
O dana əti ilə bərabər quzu ətinin də topdansatış qiymətinin artdığını və bu səbəbdən pərakəndə satış qiymətinin 15 manatdan aşağı olmayacağını dedi.Satıcı bəzi yerlərdə mal ətinin əvvəlki qiymətə satılmasının mümkün olduğunu da bildirdi. Onun sözlərinə görə bu, o halda mümkündür ki, camış əti inək əti adı altında satılsın. Satıcı dedi ki, qiymətləri artırmaq istəməyən satıcılar əksər hallarda camış ətini inək əti ilə birgə satır. 

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO