Azərbaycan Respublikasının xarici işlər naziri İrana səfər edəcək

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi bu gün Əmir Abdullahian ilə azərbaycanlı həmkarı arasında telefon danışığı olduğunu elan edib.

İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahian və Ceyhun Bayramov ötən gün (14 may şənbə günü) telefon danışığı aparıb, telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyəti, xüsusilə siyasi, iqtisadi, ticarət, konsulluq və parlament sahələrində iki ölkə arasında məsləhətləşmələr və fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı Azərbaycan Respublikasının xarici işlər naziri yaxın vaxtlarda İrana səfər edəcəyini bildirib.

Bu, Azərbaycan Respublikası xarici işlər nazirinin 13-cü hökumətdə İrana ilk səfəridir. Qeyd edək ki, İranın xarici işlər naziri ötən il, dekabrın 22-də Bakıda bir günlük səfərdə olmuş və prezident İlham Əliyevlə görüşmüşdü. Azərbaycan Respublikasının xarici işlər naziri isə Əmir Abdullahian ilə bu görüşündə iranlı həmkarının dəvətinə cavab olaraq yaxın vaxtlarda Tehrana səfər edəcəyini bildirmişdi.

Ölkəmizin xarici işlər naziri və Hüseyn Əmir-Abdullahian həmin telefon danışığında hər iki ölkədə koronovirus epidemiyasına nəzarət məsələsinə toxunaraq, İran və Azərbaycan Respublikasının quru sərhədlərinin yenidən açılmasına diqqət çəkiblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya