Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti istefa verdi

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

O, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.

Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. 

Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video