Bu gün DSX-nin Qubadlıda yerləşən N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü, İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat edib.
Ələkbərli Miran Qamət oğlu.
Əsgərin xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.
O, Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Lakin həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gün ərzində daha bir faciəvi hadisə isə Ağdamda qeydə alınıb. Belə ki, Müdafiə Nazirliyinin Ağdamda yerləşən N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü, Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürüb.
Əsgərli Aslan Əkbər oğlu.
Məlumata görə, Aslan 2 bacının tək qardaşı olub.
Qeyd edək ki, günün sonunda da hərbçilərin iştirakı ilə bədbəxt hadisə yaşanıb. Belə ki, Kəlbəcərdə təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçimiz minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, gizir Hümbətov Zöhrab Məmməd oğlu isə şəhid olub.
Hümbətov Zöhrab Məmməd oğlu.