Azərbaycan ombudsmanı özünə oliqarxsayağı “ziyarət klipi” çəkdirdi (Video izlə)

Sosial şəbəkələrdə Ombudsman Səbinə Əliyevanın məmur-oliqarx tərzində Şəhidlər xiyabanını ziyarət etməsi tənqidlərə səbəb olub.

Ombudsman aparatı ölkədə insan hüquqlarına dair hesabat hazırlayır, bu hesabatların hazırlanması sadə vətəndaşlarla təmaslardan keçir.

Yəni, İnsan hüquqları üzrə müvəkkil xalqa bir köynək daha yaxın olmalıdır. Onun bu sayaq davranışı sadə xalqa yaxın insan anlayışına ziddir.

Səbinə Əliyeva məmur da deyil, hərçənd ki, elə məmur da bu tərzdə davranmamalıdır. Səbinə xanımın isə Şəhidlər xiyabanına gəlişi məmur davranışının da fövqündə dayanan addımların müşayiəti ilə baş tutur.

Özünə oliqarxsayağı “ziyarət klipi” çəkdirən Səbinə Əliyevaya qarşı haqlı iradlar məntiqlidir və bu, o tələbdən qaynaqlanır ki, məmur da, müvəkkil də özünü aristokrat təbəqə kimi göstərib vətəndaşdan əlahiddə üstünlüyünü nümayiş etdirməsin.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur