Azərbaycan İsraildən 2 müşahidə peyki aldı

İnformasiya qaynaqları Azərbaycan Respublikasının sionist rejimdən 2 müşahidə peykinin satın almasından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Azərbaycan Respublikası çərşənbə axşamı günü sionist rejimlə 2 kəşfiyyat peykinin alınması barədə müqavilə imzalayıb.

Amerikanın Monitor saytı dünən (4 oktyabr) məlumat verib ki, ötən aprel ayında Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqavilənin ilkin mərhələsi həyata keçib.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında “IAI” proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcəyi, peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcəyi və 2026-cı və 2028-ci illərdə orbitə buraxılacağı deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək.

Xatırladaq ki, Bakı və Tel Əviv təhlükəsizlik, enerji, infrastruktur və smart aqranomiya sahəsində əməkdaşlıqlara malikdirlər və Bakı neftinin əsas ixracatı İsrailədir. Belə ki, 2022-ci ildə Azərbaycan işğal olunmuş Fələstinə 2 milyon tondan çox neft ixrac edib və bu ölkənin əsas silah təminatçısı sionist rejimdir.

Related posts

Qüds şərəf və müqavimətin rəmzidir

Qüds şərəf və müqavimətin rəmzidir

Həmas Mahmud Abbas üçün yeni müavin təyin edilməsinə reaksiya verib

Həmas Mahmud Abbas üçün yeni müavin təyin edilməsinə reaksiya verib

Putinin İnqilab Rəhbərinə başsağlığı mesajı