Azərbaycan hərbçilərinin dağıtdığı erməni postu – FOTO/VİDEO

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib. DSX-nin keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Şərti sərhəddə darmadağın edlmişi erməni postunun görüntüsü:

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.

Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nin əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir