Azərbaycan Fələstində məktəb inşa edəcək

Azərbaycan Fələstində məktəb inşa edəcək.

Bu barədə Fələstinin xarici işlər naziri Riad Əl-Maliki iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirilib.

Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını deyib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur