Azərbaycan əsgəri ermənilərin atəşi nəticəsində şəhid oldu -FOTO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) madddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir! Allah rəhmət eləsin!

Related posts

Zülm və Müqavimət

Gələcəyə ümidvar olmaq

Qəzza Qəssabı və