Ayı min oyun çıxarsa da, “mükafatsız” qaldı (Video izlə)

İnsanlara yaxınlaşıb onlara “şirinlik” edən qütb ayısı ilə bağlı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Kadrlar Yenisey körfəzində (Rusiya) “Vayqaç” atom buzqıran gəmisindən çəkilib. Videoda ağ ayının ehtimal ki, insanlardan yemək üçün bir şey istəmək məqsədilə oyun hərəkətləri etdiyi görünür. Ancaq bu oyunlar ona kömək etməyib.

“Xarizmatik ayı əlindən gələni etməyə çalışdı, lakin yeməksiz qaldı. Çünki vəhşi heyvanları bəsləmək olmaz, onlar insanlara öyrəşməməlidirlər”, – deyə videonun müəllifi bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi