Ayda Hindistanın “yatmış” aparatının şəkli çəkilib: “Oyanma” vaxtı açıqlandı – FOTO

NASA-nın orbital aparatı Hindistanın “yuxuya gedən” “Vikram” eniş aparatının fotosunu çəkib.

Təsvirdə eniş aparatının tünd düzbucaqlı kölgəsi görünür.

Qeyd edək ki, eniş aparatı “Pragyan” roverini Aya aparıb. Məlumata görə bu aparat da söndürülüb.

Hindistanlı alimlər hər iki qurğunun Ayda çox soyuq gecədən salamat çıxa biləcəyi və yenidən tədqiqat missiyasını davam etdirəcəyi ümidindədirlər.

Mütəxəssislərin proqnozuna görə, hər iki qurğu artıq sentyabrın 22-də “oyanıb” işlərinə davam edə bilər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi