Ayətullah Xamenei: Şəhid Süleymaninin qatilləri tarixin zibilliyində itib batacaqlar

QafqazTimes xəbər verir ki, İslamın böyük qəhrəmanı Şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində şəhidin ailəsi İslam İnqilabının Ali Rəhbəri Ayətullah əl-üzma İmam Xamenei ilə görüşüblər.

Ayətullah Xameneinin bu görüş zamanı Şəhid Süleymani barəsində buyurduğu bəzi mühüm kəlamları diqqətinizə çatdırırıq:

“General hacı Qasim Süleymaninin əziz qanının bərəkəti ilə bugünkü müqavimət hərəkatı iki il qabaqkından rövnəqli və ümidvericidir.

General Süleymaninin pak cisminin dəfnində İran xalqının on milyonluq iştirakı göstərdi ki, o ən milli simadır. Onun İslam dünyasında ad və xatirəsinin günbəgün artan nüfuzu sübut edir ki, əziz Süleymani İslam dünyasının da ən ümumümmət simasıdır.

Hacı Qasim yorulmaz və heyrətamiz təlaş və iş təcəssümüdür. İran xalqının qəhrəman generalı hər işdə şücaətli və müdrik idi. Düşmən və onun əlindəki vasitələri dəqiq tanımaqla meydana daxil olur və heyrətamiz işlər görürdü.

Düşmən düşünürdü ki, Süleymani, Əbu Mehdi və yoldaşlarının şəhadətə çatması ilə iş bitir. Amma bu gün Amerika Əfqanıstandan qaçır, Suriyada çökdürülüb, Yəməndə Müqavimət cəbhəsi inkişaf etməkdədir. Müqavimət hərəkatı və antiimperialist cərəyan bu gün daha rövnəqlidir…

Şəhid Süleymani həmişəlik bir həqiqətdir və əbədi yaşayacaq. Onun Tramp və sair qatilləri tarixin zibilliyində it-bat olacaq – əlbəttə ki, cinayətlərinin dünyəvi cəzasını aldıqdan sonra!”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya