İran İslam İnqilabının rəhbəri Ayətullahul-uzma İmam Xamenei bir müraciətdə Fələstin xalqını 12 günlük müharibədə sionist rejim üzərində qələbə münasibətilə təbrik edib.
İnqilab rəhbərinin müraciətinin mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Qüdrətli və eyni zamanda məzlum olan Fələstinə salam olsun. Salam olsun Fələstinin cəsur və qeyrətli gənclərinə! Salam olsun qəhrəman və dayanıqlı Qəzzaya! Salam olsun HƏMAS-a, Cihada və Fələstindəki bütün cihadçı və siyasi qruplara.
Fələstinli mücahidlərə verdiyi qələbə və izzətə görə uca və qadir Allaha şükür edirəm. Allahdan şəhid vermiş yaralı qəlblərə aramlıq, şəhidlər üçün rəhmət və müjdə, yaralılara şəfa diləyir və bu xalqı cinayətkar sionist rejim üzərində qələbə münasibətilə təbrik edirəm.
Bu bir neçə günün sınağı Fələstin xalqını başıuca etdi. Vəhşi və yırtıcı düşmən vahid Fələstin qiyamı qarşısındakı acizliyini vaxtında anladı. Qüds və Qərb Şəriyənin Qəzza, “1948-ci il əraziləri” və Fələstin düşərgələri ilə əməkdaşlıq sınağı Fələstinlilərin gələcəyinə zəmanət verdi. Bu 12 gündə qəddar rejim, əsasən Qəzzada böyük cinayətlər törətdi və vahid Fələstin qiyamına qarşı davam gətirə bilmədiyi üçün o qədər biabırçı və dəlisov davranışlar etdi ki, bütün dünyada ictimai qınağa, özünü və onu dəstəkləyən Qərb hökumətlərini, xüsusilə cinayətkar Amerikanı hətta əvvəlkindən daha çox mənfur göstərməyə səbəb oldu. Həm cinayətlərin davam etməsi, həm də atəşkəs istəməsi onun məğlubiyyəti idi və bu rejim məğlubiyyəti qəbul etməyə məcbur oldu. Mənfur rejim daha da zəifləyəcəkdir. Fələstinli gənclərin hazırlığı və dəyərli cihadçı qrupların güc nümayişi və sabit qüvvələrin sayı Fələstini gündən-günə gücləndirəcək, qəsbkar düşməni isə aciz və zəif edəcəkdir.
Hərbi əməliyyatların başlanmasının və dayandırılmasının vaxtı Fələstinli cihadçı və siyasi liderlərin qərarlarından asılıdır, lakin hazırlıq işlərinə və meydanlardakı iqtidara ara vermək olmaz. “Şeyx Cərrah” məntəqəsinin rejimin zülmünə və muzdlu köçkünlərə qarşı müqavimət göstərmək təcrübəsi qeyrətli Fələstin xalqı üçün həmişə nümunə olmalıdır. “Şeyx Cərrahın” qeyrətli oğullarına salam göndərirəm.
İslam dünyası daim Fələstin məsələsi qarşısında məsuliyyətə və dini vəzifə malikdir. Siyasi məntiq və idarəçilik təcrübələri də bu şəri hökmü təsdiqləyir və buna təkid edir. Müsəlman dövlətlər istər hərbi sahədə, istər keçmişdə olduğundan daha çox günümüzdə ehtiyac duyulan maddi yardımda və istərsə də Qəzzadakı infrastrukturların və dağıntıların yenidən qurulmasındakı dəstəyində Fələstin xalqına qarşı sədaqətli olmalıdırlar.
Millətlərin tələbi və istəkləri də bu dini və siyasi zərurəti dəstəkləyir. Müsəlman millətlər bunu öz hökumətlərindən tələb etməli və özləri də bu məsələdə mümkün qədər maddi və siyasi dəstək göstərməlidirlər.
Digər bir mühüm vəzifə isə terrorçu və qaniçən sionist hökumətinin cəzalandırılmasını təmin etməkdir. Bütün ayıq vicdanlar bu 12 gündə fələstinli uşaqları və qadınları öldürmək kimi ağır cinayətin cəzasız qalmamalı olduğunu qəbul edirlər. Rejimin bütün əsas ünsürləri və cinayətkar Netanyahunun özü beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılmalıdır! Bu, Allahın sonsuz qüdrəti sayəsində həyata keçiriləcəkdir.
Allah öz işində qalibdir!
Cümə, 9 şəvval, 1442 (h/q)
31 Ordibehişt, 1400 (h/ş) (21 May, 2021)
Seyyid Əli Xamenei