Ayətullah Xamenei: Dünyanın müstəkbirlərinin siyasəti “parçala, hökm sür” siyasətidir!

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Tehranda cümə namazı xütbəsində bildirib ki, hər bir ölkənin öz ərazisini düşməndən qorumaq, həmçinin Fələstin xalqının onun həyatını məhv edən düşmənlə mübarizə aparmaq haqqı var.

O bildirib: Qurani-Kərimdə möminlərin bir-biri ilə əlaqəsi mühüm məsələ hesab olunur və Quran bu əlaqəni Vilayət adlandırır. Möminlərin bir-birinə vilayəti. Bu məsələ Quranın bir neçə ayəsində qeyd edilmişdir. Quranda Allahın rəhmətinin bu vilayət, qəyyumluq və əməkdaşlığın nəticəsində nazil olduğu bildirilir. Yəni siz müsəlmanlar bir-birinizlə əlaqə, ünsiyyət, əməkdaşlıq yaratsanız, Allahın rəhməti sizin halınızı əhatə edər.

Dünyanın müstəkbirləri və təcavüzkarlarının siyasəti “parçala, hökm sür” siyasətidir. Onların işlərinin əsasını parçalamaq təşkil edir. Onlar İslam ölkələrində bu bölücülük siyasətini hər cür hiylə ilə həyata keçirmiş, bu gün də dayanmır və müsəlmanların qəlblərində bir-birinə kin yaratmağa səbəb olurlar. Amma bu gün millətlər ayıldılar və mən deyirəm ki, bu gün İslam ümmətinin İslam və müsəlman düşmənlərinin bu hiyləsinə qalib gələ biləcəyi gündür.

Qafqaztimes/ Al-alam


Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək