Ayətullah Sistani Ayətullah Safi Gülpayeqaninin vəfatı münasibətilə başsağlığı verib

QafqazTimes xəbər verir ki, İraqın böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Əli Hüseyni Sistani çərşənbə axşamı Ayətullah Safi Gülpayeqaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

Mərhəmətli və Rəhmli Allahın adı ilə (Allahdanıq və ona tərəf qayıdacağıq)

Böyük alim, təqlid mərcəsi Ayətullah Hacı Şeyx Lütfullah Safi Gülpayeqaninin (rizvanullah əleyh) vəfat xəbəri böyük kədər və təəssüf hissi doğurdu.
Qum şəhərinin müqəddəs hövzəsinin ustadlarından, bu dövrün fəzilətli şəxsiyyətlərindən və dinin nümunəvi xadimlərindən olan o nəcib insanın vəfatı böyük itkidir. Bu böyük müsibətlə əlaqədar Zamanın imamının müqəddəs hüzuruna, böyük alimlərə və mərhumun yaxınlarına başsağlığı ərz edirəm. Allah taaladan bu əzəmətli şəxsiyyət üçün uca məqam, yaxınlarına isə gözəl səbr və böyük əcr diləyirəm.

La həvlə və la quvvətə illa billah

28 Cəmadius-sani 1443 h/q

Əli Hüseyni Sistani

Related posts

Cəhənnəmin odunları

Nəsrullah: Düşmənə cavab vermək üçün konkret vaxt və məkandan danışmayacağam. Qəti xəbər sizin görəcəyiniz şeydir, eşidəcəyiniz deyil!

Pezeşkian: Bir olmadığımıza görə İsrail bu cinayətləri törətməyə cəsarət edir