QafqazTimes xəbər verir ki, İraq şiələrinin ali təqlid mərcəsi Ayətullahül-üzma Seyid Əli Sistani cümə axşamı Ayətullahül-üzma Ələvi Qorqaninin vəfatı ilə bağlı başsağlığı məktubu göndərib. Ayətullah Sistaninin məktubunun mətni belədir:
Bağışlayan və Rəhmli Allahın adı ilə!
“Biz Allahınıq və Ona tərəf qayıdacağıq”
Höccətülislam Cənab Seyid Məhəmməd Ələvi Qorqani
Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh
Möhtərəm atanız Ayətullah Seyid Məhəmməd Əli Ələvi Qorqaninin (rizvanullah əleyh) dünyasını dəyişməsi ilə əlaqədar sizə, qardaşlarınıza və digər hörmətli qohumlara və onu sevənlərə başsağlığı verir, mərhuma Uca Allahdan ali dərəcə, bütün yaxınlarına səbr və böyük əcr diləyirəm.
La həvlə və la quvvətə illa billahil əliyyil əzim
11 Şaban 1443 hicri qəməri