Ayətullah Seyyid İbrahim Rəisi: Xalqın səsi bir insan haqqıdır və bu haqqı qorumaq zəruridir

Qafqaztimes xəbər verir ki, İİR-nın Məhkəmə Hakimiyyətinin başçısı və prezident seçkilərinə namizəd Ayətullah Seyyid İbrahim Rəisi, cümə günü  səhər 13-cü prezident seçkilərinin səsverməsində iştirak edib.

O, səsvermədən sonra jurnalistlərə deyib: “Bu gün İran millətinin, xüsusən də seçkilərdə ilk iştirak edəcək gənc seçicilərin qərar verməsi üçün çox mübarək bir gündür.”

İslam Respublikasının bütün qurumlarının xalqın səsinə söykəndiyini və bunun İslam Respublikasının iftixarı olduğunu vurğulayan Rəisi deyib: “Bir seçki namizədi olaraq tövsiyəm budur ki, xalqın səsi br insan haqqıdır. Bu haqqı qorumaq zəruridir. Hətta bir səs belə xalqın iradəsinin əksinə olmalı deyildir.”

Məhkəmə Hakimiyyətinin başçısı belə əlavə edib: “Bəzi məlumatlara görə, səsvermə üçün bəzi bölmələr artıq öz fəaliyyətinə başlayıb, lakin ölkənin bəzi bölgələrində səsvermə kağızlarının vaxtında yetişməsi və xalqın səsverməsini təmin etmək üçün digər tədbirlər görülməli və çatışmazlıqlar aradan qaldırılmalıdır. Mən ümid edirəm bu yolda xalqın səslərinə qarşı sədaqətlə çalışılacaqdır.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya